Rəşad Sadıqov məşqçiliyə başlayır (FOTO)

Martın 7-dən etibarən Bakıda AFFA tərəfindən UEFA-nın B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsinə start verilib.

AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Aslan Kərimov və Osman Rəhimovun rəhbrəliyi ilə keçirilən məşğələlərə martın 10-da yekun vurulacaq.

Qol.az saytı xəbər verir ki, kursda Azərbaycan millisinin və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov da iştirak edib. Qeyd edək ki, R.Sadıqov buna qədər də B dərəcəli məşqçi kurslarına qatıllb. Amma onun məşqçi kurslarına getməsi ilk dəfə rəsmi olaraq bu gün açıqlanır.

Kursun 2-ci mərhələsi 14-17 mart, 3-cü mərhələsi 28-31 mart, dördüncü — yekun hissəsi isə 4-9 aprel tarixlərində keçiriləcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *