Rəşad Sadıqov: “Çempionluq barədə düşünmürük”

«Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Azərbaycan Premyer Liqanın XXVI turunda «Qəbələ» ilə oyundan (2:1) sonra müsahibəsi
— Oyun necə keçdi?

— Maraqlı, gərgin oyun oldu. Çempionluğa favorit olan 2 komandanın görüşü idi. Sevinirik ki, 3 xal qazandıq.

— Meydana çıxmamağının səbəbi nə idi?

— «Sumqayıt”la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə zədələnərək, ilk yarıdan sonra əvəzlənmişdim. Bundan sonra müalicəm gedir. Qarşıda da millinin Qazaxıstan yığması ilə oyunu var. Hazırda tam sağlam olmadığımdan, məni meydana buraxmağa risk etmədilər.

— Yeri gəlmişkən, Qazaxıstanla matç haqda nə deyə bilərsən?

— Fikrimcə, bizim üçün vacib oyun olacaq. Çünki bu il ilk oyunumuzdur. Növbəti seçmə mərhələyə artıq az qalıb. Beş aydan sonra mübarizəyə başlayacağıq. Ona görə bizim üçün hər oyun futbolçular arasında uyğunlaşma olması baxımından çox vacibdir. Bundan əlavə, ciddi itkilərimiz var. Cavid Hüseynov, Rahid Əmirquliyev millidən kənarda qalıblar. Buna görə də oyuna yaxşı hazırlaşmaq lazımdır.
— «Qəbələ” üzərində qələbədən sonra «Qarabağ”ı çempionluq münasibətilə təbrik etmək olar?

— Düzü, çempionluq barəsində düşünmürük. Çünki qarşıda xeyli oyunumuz var və onlara hazırlaşırıq. Hər matçımızda qələbəyə oynayırıq. Məsləhət nədirsə, o da olsun.
— «Qəbələ” də çempionluğa iddia edirdi. Necə düşünürsən, bu komanda üçün çempionluğun artıq əldən getdiyini demək olarmı?

— Bunu zaman göstərəcək. Əvvəlcədən nəsə danışmaq çətindir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *