Rəşad Sadıqov: “Çempionluğu qeyd etməyə vaxtımız yoxdur” (VİDEO)

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Zirə” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandıran Sadıqovun müsahibəsini təqdim edirik:

— “Qarabağ” “Zirə”ni məğlub etməklə çempionluğunu rəsmiləşdirdi. Qarşılaşma haqda nə deyə bilərsiz?

— Çox vacib qələbə qazandıq. Xüsusən də ikinci hissədə yaxşı təsir bağışladıq. Çempionluğu məhz bu gün təmin etmək istəyirdik. Şadam ki, istəyimizə də çatdıq.

— Oyundan əvvəl “Qarabağ”ın “Zirə”yə güzəştə gedəcəyti haqda xəbərlər yayılmışdı. Amma bu gün meydanda tam əksini gördük…

— “Qarabağ” heç vaxt, heç kimə güzəştə getmir, getməyəcək də. Belə hal heç vaxt yaşana bilməz. Meydanda doğma qardaşım da olsa, ona güzəştə getməyim mümkün deyil.

— “Qarabağ” yenə “Qızıl dubl” edə biləcək?

— Hazırda bu haqda danışmaq tezdir. Çünki qarşıda hələ kubokun cavab oyunu var. Biz hələ finala yüksəlməmişik.

— Bu dəfə “Qarabağ”ın çempionluğunun daha asan başa gəlməsi fikri ilə razısız?

—  Yox, deməzdim ki, bu dəfə çempionluğumuz keçənilkidən asan başa gəldi. Sadəcə olaraq, komandamız hazırda daha təcrübəlidir. Əvvəlki çempionluqda komanda 10-12 xal fərqi ilə önə keçdikdən sonra futbolçularda bir qədər arxayınçılıq olurdu. Ard-arda xalla itirirdik. Amma bu dəfə elə hal yaşanmadı.

— Çoxları deyir ki, bu gün “Qarabağ” Azərbaycanda rəqibsizdir. Bu fikrə münasibətiniz necədir?

— Bu fikirlə razı deyiləm. Hər yanda çempion yalnız 1 komanda olur. Hansısa favoritin oyunu alınmır. Yaxud, hansısa komanda problemlə üzləşir. Ola bilər ki, gələn mövsüm bizim də oyunumuz alınmasın. Bu, futboldur və hər şey baş verə bilər. Çempionlarda, olimpiadalarda bəzən favorit elə ilk mərhələdə uduzur.

— Mövsümün ümumi gedişini necə dəyərləndirirsiz?

— Maraqlı mövsüm keçdi. Heç kim asan təslim olmurdu.

— Çempionluğu necə qeyd edəcəksiniz?

— Xüsusi şəkildə qeyd etməyəcəyik. Çünki buna vaxtımız toxdur. Qarşıdan kubok oyunları gəlir.

— Amma yəqin ki, istirahətə ehtiyacınız var.

— Təbii ki, istirahətə ehtiyacımız var. Amma təəssüflər olsun ki, buna da vaxt yoxdur. Qarşıdan kubok, millinin oyunları, daha sonra da avrokuboklar gəlir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *