Rəşad Sadıqov: Bu, mənim başla vurduğum ilk qol idi (VİDEO)

«Qarabağ»ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində «İnter»ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun lideri 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı, yaxşı oynadılar. Biz isə hücumlar qurmaqda çətinlik çəkirdik. Baxmayaraq ki, oyuna nəzarət bizim əlimizdə idi. Fasilədən sonra tamamilə hücuma atıldıq. Mənim hücuma qoşulmağımda qeyri-adi heç nə yoxdur. Ansi Aqollinin gözəl ötürməsindən sonra mənə qol vurmaqdan başqa heç nə qalmırdı. Bu, mənim başla vurduğum ilk qol idi». (CBC)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *