Rəşad Sadıqov: «Bizə 2-3 tur lazımdı»

«Qarabağ»ın AZAL-a məğlub olduğu matçdan (0:1) sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

— Oyun haqda fikirlərini bildirərdin…
Oyun bizim üçün pis alınmadı. İstədiyimiz hücumları qurduq, qol vəziyyətləri yaratdıq, təəssüf ki, bu şanslardan yararlana bilmədik. Rəqib bir səhvimizdən istifadə edib qələbə qazandı.

— Süni ot örtüyü oyununuza təsir etdi?
— Bəhanə gətirmək istəməzdim. Məğlub olduq, rəqibi təbrik edirəm.

— Hücumlarda son nöqtəni qoymaq olmurdu. Bunun səbəbi nədi?
— Bəli çoxsaylı qol epizodları yaratdıq, lakin istifadə edə bilmədik.

— Qələbə üçün nə çatmadı?

— Qələbə üçün qol epizodlarından istifadə etmək çatmadı. Ümumi götürdükdə oyunumuz yaxşı alındı. Son nöqtəni qoya bilmədik. 2 hücumçumuz da zədəlidi. Məcburiyyətdən hücumda Muarrem oynayırdı.

— Muarrem əvvəlki formasındadı?
— Tək Muarrem yox, heç kim tam formada deyil. Fasilədən sonra tam formaya düşmək üçün 2-3 tur lazımdı.

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *