Rəşad Sadıqov: «Baş məşqçi olmağımı Qurban Qurbanov istədi»

Azərbaycan Premyer Liqasının II turunda «Qarabağ” səfərdə «Sumqayıt”ı 2-0 hesabıyla məğlub edib. Sport7.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov müsahibə verib.
— İlk turda «İnter”lə oyunda da eyni ab-hava, eyni şərait var idi. Necə oldu ki, «İnter”i məğlub edə bilmədiniz, «Sumqayıt”a qalib gəldiniz…
— «İnter”lə oyunun ilk hissəsini də pis oynamamışdıq və oyuna nəzərət edirdik. Sadəcə, ikinci hissədə komandanın gücü tükəndi və yorulmağa başladıq. Bunun səbəbi də bir neçə gün öncə Çempionlar Liqasında ağır oyun keçirməyimiz idi. Komanda həm psixoloji cəhətdən, həm də fiziki cəhətdən çox yorğun idi. Bu gün isə çox fərqli oynadıq. Komanda psixoloji cəhətdən oyuna hazır idi. Bilirdik ki, bizi gərgin oyun gözləyəcək.  İlk turda məğlub olamayan «Sumqayıt” bu dəfə də xal itirmək istəmirdi. Bu gün qələbə qazanmaq bizim üçün çox önəmli idi.
— Demək olar ki, «Qarabağ” üçün çempionat bu gün başladı?
— Biz uzun müddətdi ki, çempionata pis start veririk. Bunun da bir neçə səbəbləri var. Atmosfer də futbolçulara çox pis təsir edir. Avropada nəhəng stadionlardan ölkə çempionatına qayıtmaq çətindi.
— Avrokuboklarda mübarizəni davam etdirən klublarımız bəzən çempionat oyunlarını təxirə salmağa çalışırlar. Bu məsələ ilə bağlı fikrin necədi?
— Xeyr, keçən il bizim heç bir oyunumuz təxirə salınmadı. Bundan əvvəlki ildə isə «Araz-Naxçıvan”la səfər oyunumuz təxirə salınmışdı. Komandamızın geniş heyəti var. Düşünürəm ki, bu il elə bir hal olamayacaq. Təki qrupa düşək, oynamağa güc tapacağıq.
— Pley-off mərhələsində bir çox güclü komandalar var idi. Püşkün üzünüzə güldüyünü düşünmək olarmı?
— Daha çətin və daha asan rəqib qarşımıza çıxa bilərdi. Deyərdim ki, orta səviyyəli komandalardan biri rəqibimiz olub. «Höteborq”un oyunlarına baxmışam və düşünürəm ki, fərqli futbol sərgiləyirlər. İki texnikalı komandanın mübarizəsinə şahid olacağıq.
— «Höteborq”lə oyunlarda «Qarabağ”ın daha şanslı olduğunu söyləmək düzgündürmü?
— Fikirləşirəm ki, şanslar bərabərdir. Pley-off oyunudu və rəqiblərin gücü eynidi. «Höteborq” zəif komanda deyil. İsveç çempionatında yer tutmaları hər şeydən xəbər verir.
— «Viktoriya” ilə oyundakı əvəzetmələrə görə hər kəs baş məşqçiniz Qurban Qurbanovun səhvlər etdiyini deyirdi. Bu məsələ ilə bağlı fikrin maraqlı olardı.
— Yəqin ki, futbolu başa düşən insanlar bəzi şeyləri başa düşməlidirlər. Ümumiyyətlə, tənqidləri normal qarşılayırıq. Təbii, həmişə tərif olunmayacağıq. Mətbuat öz işini görür və biz təndiqləri normal qarşılayırıq. Əvəzetmələrə gəlincə, biz Avropkuboklar oyunlarında bir neçə dəfə 5 müdafiəçi ilə oynamışıq və effektini görmüşük. Ola bilər ki, bu dəfə alınmadı.
— «Qarabağ”ın 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunmusan. Bu, Rəşad Sadıqovun mövsümün sonunda karyerasını bitirəcəyindən xəbər vermir?
— Bu barədə fikirləşmirəm. Komandanın məşqlərində iştirak etmişəm. Məşqləri əsas komandanın məşqindən sonraya salmışıq ki, məşqlərdə tam gücümlə iştirak edim. Artıq 4-5 yoxlama oyunu keçirmişik. Həvəslə çalışıram.  İşləməyimin əsas səbəbi savadımı artırmaqdır. Komandanın baş məşqçisi olmağımı Qurban müəllim istədi və yox cavabı verə bilmədim. Məşqçi kimi çalışmaq indi özümə də maraqlı gəlir. Peşman deyiləm.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *