Rəşad Sadıqov 3 ildən sonra

Rəşad Sadıqov qol orucunu pozub. Sport7.az xəbər verir ki, dünən baş tutan «Kəpəz» — «Qarabağ» matçının 9-cu dəqiqəsində hesabı açan millimizin kapitanı uzun fasilədən sonra fərqlənib.

Belə ki, Rəşad sonuncu dəfə 2012/13 mövsümündə qol vurmuşdu. 2013-ilin 16 fevralında baş tutan «Qarabağ» — «Sumqayıt» matçının 87-ci dəqiqəsində fərqlənən kapitan komandasının 3:0 hesablı qələbəsini rəsmiləşdirmişdi.

Beləliklə, Rəşad 3 ilin tamam olmasına 2 gün qalmış, başqa sözlə 1093 gündən sonra qol sevinci yaşayıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *