“Qvardiolanın “Qarabağ”ın sol cinah oyunçularını tanıması təəccüblü olmaz”

“Bavariya”nın Bundesliqanın son turundakı qələbəsi Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiolanın növbəti dəfə diqqət mərkəzinə düşməsi ilə nəticələnib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, almaniyalı həmkarlarımız dünyanın ən yaxşı məşqçilərindən biri olan ispaniyalının sirrini açmağa çalışıb.

İddia edilir ki, Qvardiolanın ən böyük üstünlüyü bütün dünya futbolunu izləməsi, dərindən öyrənməsidi: “O, bəzi həmkarları kimi dünya futbolunu daim diqqətdə saxlayır. Qvardiolanın Çin futbolundakı taktiki tendensiyaları bilməsi, islandiyalı rəqiblərin özünü meydanda necə aparması, Azərbaycan çempionatının lideri “Qarabağ”ın sol cinah oyunçularını tanıması təəccüblü olmaz. Bazar günləri onun futbol bilikləri daha da zənginləşdirir. O, Pekində, Bakıda keçirilən görüşləri də izləyir”.

Alman mətbuatı Qvardiolanın qeyri-adi, gözlənilməz açıqlamalarını önə çəkərək, bu qənaətə gəlib ki, ispaniyalının izləmədiyi çempionat yoxdu. Həmkarlarımız onun “İnqolştadt”ı dünyanın ən yaxşı pressinq tətbiq edən komandası adlandırmasını da unutmayıblar.

“Auqsburq”la qarşılaşmadan sonra müdafiə xəttindən narazı olan Qvardiola komandasının arxa xəttini sərt tənqid edib. O, “bütün dünya komandaları bizdən güclüdü” deməkdən də çəkinməyib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər