Qurban Qurbanovun qələbə şərhi (VIDEO)

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “İnter”i 1:0 hesabı ilə məğlub edərək (ilk oyun 4:0) finala adlayan ağdamlıların çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar bizə belə bir şərait yaratdılar. Mayın 11-də «Qəbələ» ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *