Qurban Qurbanovun “casus”u

Avropa Liqasının pley-off mərhələsində İsveçin «Qöteborq” klubunu məğlub edərək qrup mərhələsinə adlayan «Qarabağ”ın rəqibləri müəyyənləşib. fcgarabagh.com xəbər verir ki, 2 gün öncə Monakoda baş tutan püşkatma mərhələsində Ağdam təmsilçisi də rəqiblərini tanıyıb. «Atlılar” qrupda Çexiyanın «Slovan”,  İtaliyanın «Fiorentina” və Yunanıstanın PAOK klubları ilə mübarizə aparacaq.

Artıq təmsilçimizin baş məşqçisi Qurban Qurbanov  rəqiblər haqqında məlumat toplamağa başlayıb. Əldə etdiyimiz məlumata görə, təcrübəli çalışdırıcı bu məqsədlə köməkçisi Namiq Yusifovu Çexiyaya göndərib. Yusifov bu gün Çexiya çempionatının beşinci turu çərçivəsində baş tutacaq «Pribarm” – «Slovan” oyununu izləyəcək. Millimizin sabiq üzvü sözügedən matçda Libereç təmsilçisi haqqında xüsusi qeydlər aparacaq və baş məşqçi Qurban Qurbanova təqdim edəcək.

Qeyd edək ki, C qrupunda yer alan «Qarabağ” ilk oyununu məhz «Slovan”a qarşı keçirəcək.  Adıçəkilən oyun sentyabrın 15-də Bakıda reallaşacaq.

Futbol11.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *