Qurban Qurbanovla Roman Qriqorçukun dünya reytinqindəki mövqeyi açıqlandı

Dünyanın ən yaxşı klub məşqçilərinin siyahısı açıqlanıb.

Sportal.az xəbər verir ki, siyahıda azərbaycanlı məşqçilərdən ən yaxşı göstərici «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. Təcrübəli mütəxəssis 1250 xalla 517-ci pillədə qərarlaşıb. «Kəpəz»in baş məşqçisi Şahin Diniyev 156 xalla 1102-ci, «Neftçi»nin çalışdırıcısı Vəli Qasımov isə 103 xalla 1203-cü pillədə qərarlaşıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk 1103 xalla 566-cıdır.

Siyahıya 18 min 112 xalla “Barselona”nın ispaniyalı çalışdırıcısı Luis Enrike başçılıq edir. Xosep Qvardiola (“Bavariya”) 14 min 225 xalla 2-ci, Dieqo Simeone (“Atletiko”) isə 13 min 514 xalla 3-cü, Tomas Tuçel («Borussiya») 11 min 872 xalla 4-cü yerdədir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *