Qurban Qurbanovdan qələbə şərhi (VİDEO)

«Bəlkə də çempionatda vacib 3 xal qazandıq. Belə meydançada və belə azarkeş kütləsi qarşısında oynamaq ağır idi. İki standart vəziyyətdən maksimum istifadə etdik».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda «Kəpəz»ə qalib gəldikləri oyundan sonra «CBC Sport» kanalına açıqlamasında deyib.

«Şahin Diniyevi təbrik edirəm. O, yaxşı və istəkli komanda formalaşdırıb. Qələbə münasibəti ilə futbolçularımı və komandanın azarkeşlərini təbrik edirəm» — deyə Q.Qurbanov əlavə edib.

Qeyd edək ki, «Qarabağ» səfərdə «Kəpəz»i 2:1 hesabı ilə məğlub edib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *