Qurban Qurbanovdan daha bir uğur

Premyer Liqanın XXII turunun «Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə «Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 

44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb. PFL-in açıqladığı statistik rəqəmlərə görə, Qurban bəy buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub.

Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib «Neftçi”də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-07-ci illərdə baş məşqçisi olduğu «Neftçi”dən fərqli, «Qarabağ”da daha uzun müddət – 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib.

Bacarıqlı mütəxəssis Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *