Qurban Qurbanovdan afrikalı futbolçu ilə bağlı açıqlama

«Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cənubi Afrika Respublikası (CAR) milli komandasının üzvü Dino Ndlovunun komandaya keçidi barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq «Qarabağ” – «Viktoriya” matçından 1 gün öncə keçirilən mətbuat konfransında Qurbanov jurnalistlərin önünə çıxıb.

Təcrübəli çalışdırıcı afrikalı futbolçun «Qarabağ”a mümkün keçidi barədə bunları deyib: «3-4 variantımız var. Həm futbolçular, həm də klubları ilə danışıq aparırıq. Bəli, Dino ilə də danışıq aparmışıq. Kiçik razılıq əldə olunub. Amma real heç nə yoxdu. Futbolçunun və klubun istəyi üst-üstə düşməlidi. Yüz faiz məlumat verə bilmərəm”.

Qeyd edək ki, Ndlovu Cənubi Afrika millisində 4 oyun keçirib. O karyerası ərzində İsrailin «Bney Yehuda», «Makkabi» (Hayfa) klublarında top qovub. Futbolçu son olaraq Kiprin «Anortosis” komandasında forma geyinib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *