Qurban Qurbanova yeni vəzifə

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub. «Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi.
44 yaşlı mütəxəssis böyük ehtimalla Peşəkar Futbol Liqasını (PFL) təmsil edəcək 4 klub nümayəndəsindən biri olacaq. Buna martın 11-də baş tutacaq AFFA-nın Hesabat-Seçki Konfransında aydınlıq gələcək.
Qurbanov klublar tərəfindən irəli sürülən 3-cü namizəddi. Onadək AZAL Rauf Əliyev, «Sumqayıt” Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb.
Qeyd edək ki, komitənin hazırkı tərkibində PFL-i Vaqif Sadıqov («Sumqayıt”), Kazbek Tuayev (AZAL), Hafiz Məmmədov («Bakı”) və Rauf Əliyev («Neftçi”) təmsil edir. (apasport.az)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *