Qurban Qurbanov: “Yeni futbolçu axtarışındayıq”

Azərbaycan Premyer Liqasının XXX turunda baş tutan «Neftçi” – «Qarabağ” oyunu qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında «Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqına fikirlərini bildirib:

— Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə hər iki komanda tempi artırdı. Şükürlər olsun ki, sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi. Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. «Neftçi»yə uğurlar arzulayıram.
 

— Sona 6 tur qalıb. Xal fərqi çoxdu. Növbəti oyunlarda əvəzedici heyətə şans verə bilərsiz? 

— Belə bir fikrim yoxdu. Ancaq hansısa oyunçunun istirahətə ehtiyacı olsa, dəyişiklik ola bilər.
— Şehiç açıqlamasında başqa klubdan sərfəli təklif olsa, qəbul edəcəyini deyib…
— Bu barədə xəbərim yoxdu. Onun bizimlə müqaviləsi var. Ancaq onun fikrinə normal baxıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik.
 

— «Qarabağ» bu oyunda qol fürsətlərini sağa-sola xərcləyirdilər. Bunun səbəbini nədə görürsüz?
— Futbolçular bir qədər tələsirdilər. Əsasən də, Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *