Qurban Qurbanov: «Vüqarın klubsuz qalması mənə çox pis təsir etdi»

Ölkəmizi Çempionlar Liqasında təmsil edən «Qarabağ» sabah 3-cü təsnifat mərhələsinin cavab matçında «Viktoriya»nı qəbul edəcəlk. Sport7.az xəbər verir ki, qarşılaşmadan əvvəl Ağdam klubun baş məşqçisi Qurban Qurbanov təşkil olunan mətbuat konfransında media oyunla bağlı fikirlərini bildirməklə yanaşı, jurnalistlərin suallarını cavablandırıb.

«Böyük bir şansımız var. Baxmayaraq ki, istəkli komandaya qarşı oynayırıq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək. Buna futbolçularım da hazırdı. Öz meydanımızda azarkeşlərimizi köməyi ilə bunu bacarmalıyıq. Daima ehtiyatlı oynamalıyıq. Rəqibin göstərdiyi oyundan da çox şey asılı olacaq. Yeni baş məşqçiləri olan «Viktoriya»da çox istəklidi. Buna görə futbolçular da özlərini göstərməyə istəyəcək. Fikrimcə, şanslarımız bərabərdi».

— İlk oyundan sonra «Qarabağ»ın müdafiə futbolu oynadığına görə qınadılar…
— Biz rəqibin gücünü mütləq nəzərə almalıyıq. Digər tərəfdən rəqibin evdə oynadığına da yaddan çıxarmalı deyilik. Bəzən müdafiə olunanda müdafiə futboluna üstünlük verdiyimizi düşünürlər. Bu da rəqibin kimliyindən və nəticədən asılıdı. Rəqib həddindən artıq təzyiq edirdi. Buna görə də topla çox davrana bilmədik. Futbolçulardan razı qaldım. Avrkuboklarda rəqiblər başqadı. Bu turnirdə öz ölkəsinin çempionları oynayır. Bəli ola bilər ki, «Qarabağ»dan çox şey gözlənilir. Ancaq onu da nəzərə almaq lazımdı ki, biz də bacardığımızı edirik.

— Yayılan məlumata görə, «Qarabağ» Dino Ndlovu heyətinə qatır. Bu, nə dərəcə realdı?
— Təkcə bir deyil, 2-3 variantımız var idi. Bəli, o futbolçu ilə də maraqlanmışıq. Klubu ilə də danışmışıq. Hələ ki, real bir şey yoxdu. Burada klubların da istəyi üs-üstə düşməlidi.

— Sabahkı oyun planınız 120 dəqiqəlikdi, yoxsa təkcə iki 45 dəqiqə haqda düşünürsüz?
— İstərdik ki, oyunun taleyini 90 dəqiqədə həll edək. 90 dəqiqəni düşünürük desək, yalançı olarıq. Təbii ki, fikrimizdən əlavə vaxt da keçir. Futbolun qaydası budur.

— Maksim Medvedevin zədəsi nə yerdədi?
— Onun durumu normaldı. Bu gün də maraqlandım, «yaxşıdı» dedilər.

— Start heyətində dəyişiklik etməyi düşünmürsüz?
— Ciddi dəyişiklik olacağını düşünmürəm. Ola bilər ki, cüzi dəyişiklik olsun. Bunu da deyə bilmərəm (gülür.)

— «Qarabağ”dan Çempionlar Liqasının qrupuna düşmək tələb olunur. Futbolçularınız da ÇL barədə düşünürlər, yoxsa ağıllarından Avroliqanın qrupuna düşmək keçir?

— Futbolçulardan hər dəfə nəsə tələb edəndə psixologiyalarına təsir edə bilərik. Biz daim çalışırıq ki, hansısa rəqibə qarşı oynayırıqsa, o rəqibi düzgün qəbul etsinlər, meydanda düşündüyümüz oyunu göstərsinlər. Çempionlar Liqasında kiçik şansımız varsa, ondan istifadə etməliyik. Avroliqanı düşünmürük. Bu turnirdən vidalaşsaq, Avroliqa barədə düşünə bilərik. Oyunlara tam köklənmək, gücümüzdən maksimum istifadə etmək hər birimizim üzərinə düşən vəzifədi.

— Sizə komandanın oyununa görə ünvanlanan tənqidlərlə razısızmı?
— Bizim işimiz nəticə verməkdi. Bunu etmək üçün çalışmalıyıq. Mən hər hansı yazıya, fikirə etirazımı bildirsəm, öz işimdə peşəkar olmaram. Bu, mənə aid olmayan sahədi.
— «Qarabağ” sindromu qırıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
— Sizcə, mən istəmərəm ki, bunu edək? Mən ÇL-in qrupuna düşməyi çox istəyirəm. Amma bunu təkcə mən yox, bütün komandalar istəyir. Bilirsiz ki, neçə il Avroliqanın pley-off mərhələsində iştirak etmişik. Güclü rəqiblərlə də mübarizə aparmağa çalışmışıq. ÇL-də kiçik imkanımız varsa, bundan istifadə etmək fikrindəyik. Biz təkcə özümüzü yox, qarşımızdakının da gücünü düşünməliyik. Biz kiməsə qarşı oynamaqdan qorxmuruq, çəkinmirik. Meydana çıxırıqsa, bacardığımız qədər istənilən rəqibə mübarizə göstərməliyik.

— Vüqar Nadirovun yenidən «Qarabağ»a qayıtması bir qədər gözləniməz oldu. Çünki o, nə «Qəbələ»də, nə də «İnter»də ürəkaçan səviyyədə çıxış etmədi. Onun yenidən Ağdam klubuna qayıtması sizin şəxsi istəyiniz, yoxsa «Qarabağ»a vaxtında verdiyi tövhələr hesabına baş verdi?
— Mən öz düşüncəmlə Vüqarı «Qarabağ»a qaytardım. O, 5-6 il «Qarabağ»da oynayıb. Bizdə parıldadıqdan sonra 3 komanda dəyişdi. Ancaq onun klubsuz qalması mənə pis təsir etdi. Düşünürəm ki, Vüqarın bizə faydası olacaq. İnanıram ki, düzgün addım atmışam. Çox istəklə məşq edir. Peşman olub-olmaması ilə bağlı ona sual verməmişəm. Heç buna ehtiyac da yoxdu.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *