Qurban Qurbanov: «Sanki Rəşadı futboldan küsdürmək istəyirsiniz»

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən «Sumqayıt» — «Qarabağ» matçı 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təşkil edilən mətbuat konfransında Sport7.az saytının da əməkdaşının suallarını cavablandırıb:

«Ilk qələbəmiz idi. Bunu da gözləyirdik. Hər qələbə vacibdi. Futbolçularıma «çox sağ ol» deyirəm. Onların qələbə istəyindən razı qaldım. «Sumayıt» da uğrular arzu edirəm. Bizi dəstəkləyən azarkeşlərə də minnətdaram.
— Qarşılaşmanı izləyənlər arasında «Höteborq»un məşqçisinin olması işinizi çətinə salmdı?
— Onsuz da «Höteborq»la fərqli oynayacağıq. Rəqibdən heç nə gizlədə bilməzdik. Sabahdan rəqib haqqında məlumatlarımızı daha da sürətləndirəcəyik. Futbolçuların bir yerdə oynaması vacibdi. Bu gün texlnalogiya çox sürətlə inkişaf edib və rəqib istədiyi zaman bizim haqqımızda məlumat toplaya bilər.

— Dino Ndlovu komandaya nə vaxt qoşulacaq?
— Dino hələ də bizim futbolçu deyil. Düzdü, məsələdə irəliləyiş var. Onun hansı durumda olduğunu da bilmirik. Hər şey əksinə də ola bilər.
— Dino axtardığınız hücumçular arasında ən yaxşısı idi?
— Çoxdandı hücumçu ilə güclənmək istəyirdik. Futbolçu almağa büdcəmiz var. Amma hücumçu seçimində daha diqqətli olmalıyıq. Bəzən ən yaxşı futbolçu da pis çıxış edə bilər. Bir neçə  hücumçu var idi ki, onları komandaya qata bilərdik. Amma sonradan Dino variantı yarandı və qərarımızı onun üzərində verdik. Qismət belə imiş. Baxmayaraq ki, «qismət» son vaxtlar çox müzakirə olunur (gülür).
— Şehiç «İnter»lə oyunun nəticəsinə görə bu gün meydanda yox idi?
— Futbolularımızın 90 dəqiqə meydanda oynamasına ehtiyac var. Futbolçular 4-5 oyundan sonra özlərini daha yaxşı göstərməyə başlayırlar. Şehiçin hər-hansı cəzası yoxdu. Bu dəfə növbə Şahruddinin idi. Narahat olmadan Məhəmmədəliyevi oynada bilirəm. Şehiçə gəlincə, o, son zamanlar ən yaxşı formasındadı.
— «Neftçi” ilə ev oyununun «Əlincə”də keçiriləcəyi dəqiqləşibmi?
— Bəli.
— Rəşad Sadıqov «Viktoriya» ilə oyunun ən yaxşılarından idi. Sanki həmin qarşılaşmadan sonra bir qədər həvəsdən düşüb, kefsizdi. Onun «Qarabağ»ın U-19 komandasına baş məşqçi təyin olunmasını nəzərə alaraq, düşünməl olarmı ki, mövsüm kapitan üçün sonuncudu?
— Rəşadla hər hansı qəsdi-qərəzliyiniz yoxdu?

— Qətiyyən!
— Sanki Rəşadı futboldan küsdürmək istəyirsiniz. Ola bilər ki, belə bir niyyətiniz də yoxdu. Amma bu gün həm «Qarabağ”ın, həm də milli komandamızın Rəşada ehtiyacı var. Rəşadın gücünə bələdik və uzun müddət futbol oynamaq gücündədi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *