Qurban Qurbanov: Riçardı qorumağı qərara aldıq (VIDEO)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Az’rbaycan Premyer Liqanın 25-ci turunda “Sumqayıt”a səfərdə 2:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bildirib.

Qol.Az-ın xəbərinə görə, o qeyd edib ki, eyni komandaya qarşı ardıcıl üç oyun keçirmək çətin olub:

— İstər-istəməz yorulursan. Futbolçulardan razı qaldım. Başlanğıcda yaxşı oynadıq. Ancaq rəqib də pis təsir bağışlamadı. Baxmayaraq ki, ilk 20 dəqiqədə 2 qol vurduq, qalan 70 dəqiqədə “Sumqayıt”ın qapısına yol tapa bilmədik.

— Rəşad Sadıqov bugünkü oyunu kənardan izləyir, özü üçün qeydlər aparırdı. Bu yaxınlarda isə o, məşqçi kurslarına qatılıb.

— Rəşadın kiçik zədəsi var. Risk etmədik. O ki qaldı qeydlər aparmasına, bu barədə ondan yalnız məşqçi imtahanlarından sonra soruşacam.

— Mövsüm ərzində “Qarabağ”da eniş müşahidə olunmayıb. “Qarabağ”ın özü özüylə mübarizə aparması çətin deyil?

— Hər rəqiblə oyuna ciddi hazırlaşırıq. İstənilən komanda “Qarabağ”a məğlub etmək iqtidarındadı. Amma biz də enişə düşməkdən çəkinirik və çalışırıq ki, cari mövsüm bunu yaşamayaq.

— Riçard Almeyda əvəzlənərkən sanki şikayətlənirdi…

— O, hələ ilk yarıda topuğundan zərbə almışdı. Mən də bu cür məsələlərdə həssasam. İnanıram ki, zədə ciddi deyil. Amma Riçardı qorumağı qərara aldıq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *