Qurban Qurbanov: «Reynaldoya təklif yenə də var «

Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən «Qarabağ» — «Neftçi» matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşdı. Qol.az xəbər verir ki, qarşılaşmdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib.

— Maraqlı oyun alındı. Oyunun gedişatından razı qaldım. «Neftçi» bizim üçün çətin rəqibdi. Sürətli hücum xətti var. Topla yaxşı davranan futbolçulara sahibdirlər. Belə komandaya qarşı oynamaq çətindi. Düşündüklərimizi meydanda görə bildik. Vacib 3 xalı qazandıq. Futbolçularımla yanaşı, azarkeşlərimizi də təbrik edirəm. Fikrimcə, ikinci hissə hamının xoşuna gəldi. Bu oyunun bizim üçün böyük faydası oldu».

— Hesab 2:0 olmasaydı, Rahid Əmirquliyevin debütü ertələnə bilərdimi?

— Rahid bir ay bizdən ayrı məşqlər etdi. Ona oyun təcrübəsi lazımdı. Baxmayaraq ki, o, təcrübəli oyunçudu. Komandanın oyununa uyğunlaşmalıdı. Nəticədən asılı olmayaraq, onun meydana buraxılması planlaşdırılmışdı.

— Çin klubundan Reynaldoya gələn təkliflə bağlı nə deyə bilərsiz?

— Reynaldoya görə təklif gəlmişdi. Hər dəfə zədəsi ilə bağlı danışıqlarımız baş tutmayıb. Buna baxmayaraq, təklif yenə də var. Hələ ki, məsələ ilə bağlı yekun qərar verilməyib.

— Qara Qarayevin son vaxtlar əsas heyətə düşə bilməməsi səbəbi nədi?

— Qara Qarayev bizim önəmli futbolçularımızdan biridi. Bəzən bizdən asılı olmayan qanunlara görə, bütün futbolçuları meydana buraxa bilmirik. Onun bizimlə 1,5 illik müqaviləsi var. Qarşıdakı oyunlarda onun xidmətinə də ehtiyac duyulacaq.

— Rəşad Sadıqov «Kəpəz»lə oyunda başından xəsarət almışdı. Rəqib «Neftçi» olmasaydı, onun istirahətə ehtiyacı var idimi?

— O, «Kəpəz»lə oyunda 35 dəqiqə başına tikiş vurulmadan oynadı. Rəşad elə bir futbolçudu ki, sona qədər meydanda vuruşmaq istəyir. Belə olan halda onun oyuna davam etməsi Rəşada əlavə güc verir. Buna görə də, mən də ona dəstək verə bilərəm ki, oynasın. Onun üçün belə zədələr önəmli deyil.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *