Qurban Qurbanov: «Qolu gec vurduğumuz üçün futbolçular əsəbi idi»

“Bizim üçün vacib oyun idi. Qarşılaşmanın çətin və ya asan keçdiyini deyə bilmərəm. Futbol elədir ki, istənilən komanda gözlənilməz nəticə göstərə bilər».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 20-ci turunda «Xəzər Lənkəran»a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

O bildirib ki, qol gec vurduqları üçün futbolçular əsəbi idi:

«Bunu oyundan öncə də futbolçulara demişdim. “Xəzər Lənkəran”ı təbrik etmək istəyirəm. Çətin vəziyyətdə olmalarına baxmayaraq, meydanda uduzmaq üçün mübarizə aparmırlar. Cənubluluar həmişə Azərbaycan çempionatına rəng qatıb. Lənkəranı futbolsuz görmək çətin olar. Ümid edirəm ki, onların problemləri yaxın zamanlarda həllini tapacaq».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *