Qurban Qurbanov: «Qalatasaray»la oyun baş tutmaya bilər» (VİDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov bu ayın sonlarında Türkiyənin «Qalatasaray» klubu ilə keçiriləcəyi gözlənilən yoldaşlıq görüşü haqda danışıb.

Qol.az-ın «supersport.az»a istinadən verdiyi məlumata görə, Qurbanov matçın baş tutmaq ehtimalının çox az olduğunu bildirib:

«Qalatasaray»la oyunun baş tutmaq ehtimalı çox azdır. Bizə aid olmayan məsələlər var. Buna milli komandaların yoldaşlıq oyunları əlaqədar bəzi futbolçuların klubların düşərgələrində olmamaları, eyni zamanda Bakı Olimpiya stadionunun martın sonuna qədər hazır olub-olmayacağının bilinməməsi daxildir. Bu səbəblərdən hələ ki, «Qalatasaray»la görüşün baş tutacağı ilə bağlı dəqiq cavab yoxdur».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *