Qurban Qurbanov: Onun son oyunlarda qollar vurması bizi sevindirməyə bilməz (VIDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində «Kəpəz»ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«İlk hisssə bizim üçün ağır keçdi. 2:0 öndə olmağımıza baxmayaraq, rəqib hesabı bərabərləşdirə bilərdi. İkinci hisədə sadəcə, topa daha yaxşı nəzarət etməyə başladıq. Yəqin ki, buna görə rəqibə çətin oldu. Bir az da önə atılmaq istədilər və oyun sistemləri pozuldu. Qol vura bilməyəndə futbolçularda özünəinam itir. Futbolçularımız yaxşı oyun göstərdilər. Bzim üçün hər oyun vacibdir. Amma oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Fikrimcə, ikinci yarıda düşündüyümüz oyunu göstərə bildik.

Reynaldo hələ tam hazır deyil. Gördüyünüz kimi, 60-cı dəqiqədə əvəzləndi. 6 ay futboldan uzaq qaldıqdan sonra oynamaq asan deyil. Onun sağlamlığını düşünməliyik. Fikrimcə, oyundan oyuna meydanda daha çox olacaq.

Mahir Mədətova gəlincə, onun son oyunlarda qollar vurması bizi sevindirməyə bilməz. Gənc futbolçunun özünə inamının olması vacibdir. Amma hələ hər oyunda 90 dəqiqə meydanda olması mümkün deyil. Biz onun formada qalmasını istəyirik. Qarşıdakı oyunlarda istirahət hüququ da qazana bilər, meydanda da ola bilər. Çatışmayan cəhətləri çoxdur, hələ üzərində çox çalışmalıdır».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *