Qurban Qurbanov Maykl Essyen xəbərini təkzib etdi

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanın «Panatinaikos» klubunun və Qana yığmasının yarımmüdafiəçisi Maykl Essyeni transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Bu barədə xəbərləri oxumuşam. Amma klubumuz tərəfindən ona heç bir maraq yoxdur. Bizim Essyeni transfer etmək fikrimiz belə olmayıb».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *