Qurban Qurbanov məşqçilərin reytinqində irəlilədi

«World Coach Ranking” baş məşqçilərinin növbəti reytinqi açıqlayıb. Siyahıya ispaniyalı məşqçilər başçılıq edir.

Belə ki, 20596 xalla «Barselona»nın baş məşqisi Luis Enrike ilk pillədədi. Digər ispaniyalı məşçi Unai Emery isə ikincidi. «Sevilya»nın çalışdırıcısının aktivində 13768 xal var. «Bavariya»nın çalışdırıcısı Pep Qvardiola isə 13364 xalla ikincidi.

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov isə 469-cü pillədədi. Son Azərbaycan çempionu 1238 xal toplaya bilib. Bu göstəriciyə görə, gənc çalışdırıcı «Qalatasaray»ın sabiq məşçqiisi Mustafa Dənizlinin, «Sanderlend»in «sükanı arxası»nda olan Did Advokatı qabaqlayır. İsmayıl Kartal, Filippo İnzagi kimi çalışdırıcılar da Qurbanovdan geridədi.

Qeyd edək ki, aktivində 937 xal olan «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçuk isə 578-ci pillədə qərarlaşıb.

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *