Qurban Qurbanov: «Komandani mütləq gücləndİrməlİyİk» (VİDEO)

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən «Neftçi» — «Qarabağ» matçı ağdamlıların 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra «atlılar»ın çalışdırıcısı Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb.

«Məncə, siz də oyundan razı qaldınız. İlk hissə komanda ehtiyyatlı davrandı. İkinci hissdə açıq oyun getdi. Hər iki komanda alqışalayiq oyun sərgilədi. Həqiqətən də vacib 3 xal qazandıq. Ümumən, hər futbolçu sona qədər nəticəyə oynamağı bacarmalıdı. Hamısına da təşəkkür edirəm. Fürsətdən istifadə edib ad günümü təbrik edən hər kəsə təşəkkürümü bildirirəm».

— Vəli Qasımov açıqlamasında «Qarabağ»a Çempionlar Liqasında uğurlar arzuladı. Bunu qəbul edirsiz, yoxsa hələ də tezdi?
— Hər bir uğuru əlbəttə ki, qəbul edirəm. Vəli bəyə təşəkkürümü bildirirəm.

— Sona 6 tur qaldı. Çempionatın son matçlarında gənc futbolçulara şans verməyi düşünmürsüz?
— Meydana hazır olan futbolçunu buraxacam. Fərqi yoxdu, ya cavan oldu, ya da təcrübəli. İstirahətə ehtiyacı olan futbolçunu da dinləndirə bilərik. Necə ki, ötən mövsüm belə təcrübədən yararlanmışıq.

— Şehiç ölkəsinin mətbuatına müsahibəsində «Qarabağ»dan gedə biləcəyini deyib…
— Düzü, bundan xəbərim yoxdu. Onun bizlə müqaviləsi var. Futbolçuya təklif gəlməsinə də normal baxıram. Onu da qeyd edim ki, digər mövqeylərə futbolçu axtarışlarımızı davam etdiririk.

— Hər iki hissədə futbolçular qol epizodlarını sağa, sola xərcləyirdilər. Bu arxayınlıqdan irəli gəlirdi, yoxsa başqa bir səbəbi var idi?
— Futbolçular bir qədər tələsirdilər. Əsasən də, Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı. Etdiyi hərəkət gözəl idi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *