Qurban Qurbanov: «Hamı «Qarabağ»a milli komanda kimi sahib çıxır

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Türkiyə mətbuatına müsahibə verib.

Təcrübəli mütəxəssis müsahibəsində Ağdamın işğalı səbəbi ilə «Qarabağ»ın ev oyunlarını Bakıda keçirilməsindən danışıb: «Avrokuboklarda tanınmış klubları öz torpaqlarımızda qəbul etmək istəyirik. Hazırda bu, imkansız kimi görünür. Ancaq ümidimizi kəsmirik. Ölkə prezidenti torpaqların geri alınması üçün çox çalışır. İnşallah, yaxın zamanlarda torpaqlarımıza geri qayıdarıq. Buna çox ümid edirik. Qarabağda yaxşı bir stadion və yaxşı komanda ilə azarkeşlərimiz qarşısında olmaq istəyirik. Azarkeşlərimiz bizi yalnız buraxmır. Məğlub olduğumuzda da yanımızdadılar. Qaradanğ adını ən azından meydanda yaşatmağa yardımçı olurlar. Avrokuboklarda isə bizi bütün Azərbaycan dəstəkləyir. Hamı «Qarabağ»a milli komanda kimi sahib çıxır. Böyük coşqu ilə bizi dəstəkləyirlər».

Bundan başqa «Qarabağ»ın çalışdırıcısı Türkiyə nəhəngləri ilə qarşılaşmaq istədiklərini söyləyib: «Həm Türkiyədə, həm də bizdə çempionat çətindir. Öz aramızda oynamaq üçün təqvim müəyyənləşdirmək olmur. Amma iki qardaş ölkə arasında matçlar olarsa, ölkə münasibətləri müsbət təsir göstərər. Bizdə də «Galatasaray», «Fenerbahçe» Beşiktaş» azarkeşləri var. Azərbaycanda üç İstanbul nəhənginə böyük maraq yaranıb. Bu səbəbdən onları Azərbaycanda gözləyirik».

Qurbanov «Qarabağ»ın Premyer Liqadakı çıxışdan da söz açıb: «Fasiləyə «Qəbələ»dən 1 xal irəlidə yollandıq. Hədəfimiz ardıcıl 4-cü çempionluğu qazanmaqdır. Çempionlar Liqasında təsnifat mərhələlərini keçməklə qrupda çıxış etmək istəyirik. Azərbaycan futbolunda bir ilki bacarmaq istəyirik».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *