Qurban Qurbanov: «Hər bir futbolçunun çıxışından razı qaldım»

«Ümumi oyundan və nəticədən razıyam. Qarşılaşmanın bizim üçün çətin keçəcəyini əvvəldən bilirdik. Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi, bu da sürətli oyun göstərməyimizə mane olurdu».

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun «Düdelanj» klubu ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra bildirib.

Onun sözlərinə görə, ilk oyunda qeydə alınan nəticə də öz sözünü deyib:

«İlk hissəyə nisbətən ikinci hissə daha yaxşı oynadıq. Meydanda olan hər bir futbolçunun çıxışından razı qaldım. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirirəm. Səfərdə oynamağımıza baxmayaraq, 90 dəqiqə bizi dəstəklədilər”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *