Qurban Qurbanov: Hələ ki, onlardan istədiyimiz oyunu ala bilmirik (VİDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində «Neftçi»yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

«Çox yaxşı oyun alındı. «Neftçi» bizim üçün həmişə çətin rəqib olub. Heyətində çoxlu gənc və sürətli oyunçu var. Topla da çox yaxşı davranırlar. Amma bu görüşdə hər şey bizim düşündüyümüz kimi alındı. Baxmayaraq ki, çətin oldu. Fikrimcə, azarkeşlər üçün də maraqlı oyun oldu. Hər iki komandanın tempi sonadək qoruyub saxlaması da sevindiricidir.

Yeni futbolçularımızdan Muarem Muaremlə Rahid Əmirquliyevin bu gün oynamaq şansı az oldu. Bu üzdən özlərini tam göstərə bilmədilər. Amma onlardan razıyam. Hər ikisi məşqlərdə öz üzərində çalışır, artırmağa cəhd göstərirlər. Hələ ki, onlardan istədiyimiz oyunu ala bilmərik. Çünki Muarem bir neçə ay futbol oynamırdı, Rahid də təxminən bir ay oynamadı.

Elvin Yunuszadənin iştirak ərizəsində yer almamasına gəlincə, bu, tamamilə normaldır. Biz bu gün hücum futboluna üstünlük verdiyimizə görə, ehtiyat oyunçular arasında da bu tipli futbolçulara yer ayırmışdıq. Reynaldoya gəlincə, o, hələ də bərpa prosesi keçir. O, tezliklə forma yığıb, sıraya dönəcək». (CBC)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *