Qurban Qurbanov: Çin klubunun Reynaldo ilə maraqlandığı doğrudur

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində «İnter»ə qarşı keçirdikləri oyundan sonra müsahibəsi.

— «Neftçi» ilə prinsipial oyunda 150-ci qələbənizi qazandınız. Bunu bilirdiniz?
— Mətbuatdan oxudum. Qələbə nə qədər çox olsa, bir o qədər yaxşıdır. Deməli, uğur var. Daha böyük uğurlar qazanmaq istəyiriksə, bunu inkişaf etdirmək lazımdır.

— Sizin üçün bu cür statisik məqamlar nə qədər önəmlidir?
— Prinsipcə, xüsusi əhəmiyyət daşımır. Mənim üçün hansısa turniri qazanmaq daha böyük önəm kəsb edir. Hansı ki, bu uğura 3 qələbə ilə də nail olmaq olar, 5 qələbə ilə də. Ona görə də hansısa turniri qazanmaq statistik göstəriciləri yaxşılaşdırmaqdan daha önəmlidir.

— «İnter»lə oyunda 151-ci qələbənizi qazana biləcəksiniz?
— Bu, Premyer Liqadakı ən çətin rəqiblərimizdən biridir. Onların özünəməxsus oyun sxemləri var. Bu komandaya qarşı diqqətli oynamalıyıq. Bir səhv bizi qələbədən edə bilər. Son turda onlar bu ilk qələbələrini qazandılar. Tədricən optimal forma yığmağa başlayıblar. Çətin oyun olacaq.

— Riçard Almeydasız oynamaq çətin olmayacaq?
— Kim deyir ki, o, oynamayacaq? Son oyunda aldığı sarı vərəqə dördüncü yox, üçüncü idi. Heyətlə bağlı heç bir problemimiz yoxdur.

— Reynaldo nə vaxt qayıdır?
— Həftənin sonundan etibarən o, komanda ilə məşqlərə başlayacaq. Növbəti həftədən isə tam hazırlaşa biləcək. Sadəcə, tələsmək istəmirik. Qoy ağır zədədən sonra tam özünə gəlsin. Buna görə dəqiq nə vaxt oynayacağını deyə bilmirəm. Ola bilər ki, 2-3 turdan sonra onu meydana buraxaq.

— Bu düzdür ki, Reynaldonun zədəsi «Qarabağ»ı üç milyon manatdan məhrum edib? Guya Çin klublarından biri onu transfer etmək üçün məhz bu qədər təklif edirmiş…
— Çinlilər onunla maraqlanırdı. Amma onun fiziki durumu danışıqlar aparmağa imkan vermirdi.

— Qara Qarayev əvvəllər 100 faiz əsas heyət oyunçusu sayılırdısa, indi sadəcə, ikinci yarıda meydana çıxır. O, geriləyib, ya digər oyunçularınız artırıb?
— Qarayev komandamızın ən vacib oyunçularından biridir. Biz hər kəsin formada olmasına çalışırıq. Məsələn, Qarayevlə Əmirquliyev 45 dəqiqə olmaq şərtilə əvəzedici komandada da çıxış edib. Komandada güclü futbolçuların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki bu, heyətdə rotasiya aparmağa imkan yaradır. Odur ki, biz Qaranı əsas heyətdən uzaqlaşdırmamışıq.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *