Qurban Qurbanov: «Aqolli qaqadır, ağdamlıdır»

Azərbaycan Premyer Liqasının 27-ci turunda «Rəvan»la qarşılaşan «Qarabağ» rəqibin 5:1 hesabı ilə darmadağın etdi. Qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səsləndirib.

— «Üçüncü dövrənin son oyunu olduğu üçün narahatlıq var idi. Oyunun gedişində futbolçulardan razı qaldım. Vacib qələbə qazandıq, xalımızı çoxaltdıq. Addım-addınm irəliləmək lazımdı. «Rəvan”a  uğurlar arzu edirəm».

— Reynaldo hazırkı durumunu sizi qane edir?

— Reynaldoya görə şadam. Dönüşünü qolla qeyd etdi. Hazırda optimal formadan uzaqdı. Buna görə də 90 dəqiqə ona güvənə bilmərik. Bu, bir neçə oyun sonra baş verə bilər. Onun sağlamlığı da önəmlidi. Bu səbədən həkimlərin məsləhətinə ehtiyacım olacaq. 2-3 oyunda sonra əsas heyətdə meydanda ola bilər.

— Bədavi Hüseynovun millidə kapitanlıq sarğısı taxması xeyli müzakirə olundu. Məsələ ilə bağlı sizin də fikrinizi bilmək maraqlı olardı…
— Bu, mənim müzakirə edəcəyim mövzu deyil. Bu barədə qərarı millinin baş məşqçisi Robert Prosineçki verib. Bunun üstündə çox dayanmağın da mənası yoxdu. «Qarabağ»da da hər hansı futbolçuların olmadığı halda Bədavi meydana kapitan kimi çıxıb.

— Qurban bəy, futbolçu olduğunuz vaxtda, siz qala-qala milliləşdirilmiş oyunçuya kapitanlıq sarğısı verilsəydi, buna reaksiyanız necə olardı?
— Suallar çoxdu. Bu gün biz onlara milliləşdirilmiş kimi baxırıq. Amma onlar millimizin üzvləridi və azərbaycanlı kimi baxırıq. Oyunu ilə bunu haqq edib-etmədiyi də başqa məsələdi. Ümumiyyətlə, kapitan öz oyunu, liderliyi ilə bunu haqq etməlidi. Bəlkə də hardasa yerli oyunçuya təsir edir. Hər bir futbolçu kapitanlığa layiq olmalıdı. Yadınızdadırsa, mən milli komandadan uzaqlaşanda Rəşad Sadıqov 22 ya da 23 yaşında idi. Karlos Alberto Torres digər təcrübəli futbolçuların olmasına baxmayaraq, Sadıqovu kapitan seçdi.

— Ansi Aqollinin yayda müqaviləsi başa çatır. Albaniyalı ilə sözləşmənin müddəti uzadılacaqmı?
— Hələ ki, heç bir futbolçu ilə müqaviləni yeniləmək barədə düşünmürük. Düzdü, Aqollinin mayda müqaviləsinin müddəti başa çatacaq. Azarkeşlər də dediyi kimi, Aqolli, qaqadı, ağdamlıdı. O, elə bir futbolçudu ki, onunla heç vaxt 2-3 illik müqavilə imzalamamışı. Hər il sözləşməsinin müddəti yeniləmişik. İnanmıran ki, hazırda özünü başqa bir komandada təsəvvür etsin. Düzdü, yaşı da çoxdu. Ancaq bütün futbolçularımız Aqolli kimi peşəkar olsa, 38-39 yaşına qədər futbol oynayar.

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *