Qurban Qurbanov AFFA İcraiyyə komitəsinə üzv seçildi

Bu gün “Hilton” otelində AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə Assosiasiya tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib.

 

Çıxışlardan sonra Konfransın səlahiyyətli olub-olmamağı barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədrinə Mahmud Sadıqova verilib. Komissiyanın sədri  bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, bu da konfransının baş tutması üçün yetərsay olub.

 

Ardınca prezident seçkisi baş tutub. Rövnəq Abdullayev ardıcıl 3-cü dəfə bu posta seçilib. Rövnəq Abdullayev 2020-ci ilədək bu postu tutacaq.

 

Konfrans nümayəndələri AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini də seçib. Komitədə assosiasiyanın prezidenti ilə yanaşı daha 10 üzv yer alıb.

 

Daha öncədən də məlumat verdiyimiz kimi `Qarabağ` FK tərəfindən Qurban Qurbanovun İcraiyyə komitəsininə üzvlüyünə namizədliyi irəli sürülmüşdü. Azərbaycan futbolunun yeni inkişafı mərhələsi naminə atılmış addım özünü doğruldub.  Qurban QUrbanov yeni dönəm AFFA İcraiyyə komitəsinin üzvü seçilib.

 

Peşəkar Futbol Liqası – 4 yer

 

1. Rauf Əliyev – AZAL PFK tərəfindən

2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən

3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

 

1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

 

Sahə Futbol Federasiyaları – 2 yer

 

1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

 

İctimai Futbol Təşkilatları – 2 yer

 

1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *