«Qöteborq»un qapıçısı Rəşad Sadıqovun qolu barədə: «Bu taktika ilə Buffonu da məyus etmək mümkündür»

Avropa Liqasının pley-off mərhələsində «Qarabağ» 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Qöteborq” klubunun qolkiperi Con Alvbeycin  müsahibəsi:

 

— Oyunla bağlı fikirləriniz necədir?

— Deyərdim ki, erkən qollar oyunun taleyini həll etdi. Çox çalışdıq. Amma alınmadı. Rəqibimizə qrup mərhələsində uğurlar arzulayıram.

 

— Stadionun ot örtüyü oyununuza mane oldu?

— Futbolçular meydanda çətinlik çəkirdi. Həqiqətən də bərbad idi.

 

— Qrup mərhələsində “Qarabağ”a azarkeşlik edəcəksən?

— İstərdim ki, “Qarabağ” qrup mərhələsini də uğurla keçsin. Biz güclü komandaya uduzmuşuq. Təəssüflənmirik. Rəqibimiz güclüdür. Onlara uğurlar arzulayıram.

 

— Rəşad Sadıqovun vurduğu azərbaycansayğı qolla bağlı nə söyləyə bilərsən? Belə bir qol buraxmışdın?

— Azərbaycansayağı? İlk dəfə eşitdim. Belə qol ilk dəfə idi ki, qapımda gördüm.

 

— Bu taktikadan azərbaycanlı futbolçular yararlanır. Rəşad Sadıqov Volkan Demireli də məyus edib…

— Sizdən eşitdim. İki futbolçu çəkildi, artıq qarşımı görə bilmiridm, müdafiəçilər kəsmişdi. Gördüm ki, top tordadı. Hiyləgər taktikadır. Bu taktika ilə nəinki Volkanı hətta Buffonu da məyus etmək mümkündür.

Sportal.az-a

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *