Qöteborqun casusu Sumqayıt — Qarabağ matçında (FOTO)

Azərbaycan Premyer Liqasının 2-cu turunun açılış matçını — «Sumqayıt» — «Qarabağ» oyununu izləyənlər arasında isveçli «casus» da var. Azerisport.az xəbər verir ki, söhbət İsveçin «Höteborq» klubunun məşqçisi Alf Vesterberqdən gedir.

Avropa Liqasının pley-off mərhələsində «Qarabağ»ın rəqibi olan İsveç klubunun baş məşqçisi Yorgen Lennartson köməkçisini hazırda davam edən bu oyunu canlı izləməyə göndərib. O, «Sumqayıt» — «Qarabağ» görüşünü tribunadan izləyir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *