“Qarabağ”la oyunlara final kimi baxırıq”

“Bizi çox ağır oyunlar gözləyir. Bu, mənim karyeramda ən vacib qarşılaşmalar olacaq. Hamımız “Qarabağ”la oyunlara final kimi baxırıq”.

Qol.az-ın məlumatına görə, bu sözlər İsveçin  “Qöteborq” klubunun futbolçusu Emil Salomonsson Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

İsveç mətbuatına açıqlama verən 27 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinə düşmək üçün yaxşı şanslarının olduğunu bildirib: “Qarabağ”la oyunlar qrup mərhələsinə düşmək üçün dördüncü cəhdimiz olacaq. Əvvəlki illərdən fərqli olaraq bu dəfə “pley-off”a qədər gəlmişik. İndi daha təcrübəliyik və yol verdiyimiz səhvlərdən nəticə çıxarmışıq. Futbolda proqnoz vermək düzgün deyil. Ancaq onu deyə bilərəm ki, biz qrup mərhələsinə adlasaq, bütün şəhər camaatının gözündə qəhrəman olacağıq. Bunun üçün isə iki uğurlu oyun kifayətdir”.

İsveç millisində 6 oyun keçirən və 1 qol vuran Salomonsson “Qarabağ” haqda da danışıb: “Rəqib olduqca təcrübəli komandadır. Onların oturuşmuş heyəti var. Təbii ki, pley-off mərhələsində bu cür güclü rəqiblə qarşılaşmalı olursan”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *