«Qarabağ»ın yetirməsi rəsmən Super Liqa klubunda — ÖZƏL (FOTO)

Xəbər verdiyimiz kimi, Türkiyənin «Mersin İdman Yurdu» klubu iki azərbaycanlı futbolçu —  «Qarabağ»dan Qara Qarayev və «Sumqayıt»dan Tural Rzayevin xidmətində maraqlıdı. Sport7.az saytının məlumatına görə, artıq bu transferlərdən biri reallaşır.

Əldə etdiyimiz özəl məlumata görə, bu gün Türkiyədə məşqçilər korpusu ilə Mersin təmsilçisinin rəhbərliyinin görüşü olub. Görüşdə Rzayevin transferinə razılıq verilib. Bundan sonra isə «Qarabağ»ın yetirməsi Tural Rzayevin keçidi üçün «Sumqayıt»a rəsmi təklif göndərilib.

«Kimyaçılar»ın prezidenti Kamran Quliyev isə bu təklifə müsbət cavab verib və 20 yaşlı yarımmüdafiəçinin Super Liqa klubunda oynamasına müsbət yanaşıb.

Futbolçunun özü ilə söhbətimizdə isə klublar arasında müzakirələrin agenti tərəfindən yüksək səviyyədə aparıldığını və yaxın günlərdə bu keçidin rəsmiləşəcəyinə ümid etdiyini bildirdi.

Qeyd edək ki, Tural Rzayevin transferinin baş tutması nəticəsində o, Super Liqa klubunda çıxış edən ilk gənc yerli futbolçu kimi Azərbaycan futbolunun tarixinə düşəcək.

mersin-qarayev-fcgarabagh

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *