“Qarabağ”ın yeni transferi debütə hazırdı

“Qarabağ”ın yeni transferi Rahid Əmirquliyev zədəsini tam sağaldıb. Bu barədə apasport.az saytına milli komandamızın yarımmüdafiəçisi özü məlumat verib.

 

Qış fasiləsində “Xəzər Lənkəran”dan Ağdam klubuna keçən 27 yaşlı futbolçu Antalyadakı təlim-məşq toplanışında zədələndiyindən, hələ də rəsmi debütü baş tutmayıb. Yanvarın 23-də Polşa klubu “Yagelloniya” ilə keçirilən yoxlama matçında sağ ayaq əzələsi yırtılan Əmirquliyev fərdi məşqləri artıq başa vurub.

 

Təcrübəli oyunçu bu gündən etibarən komanda ilə birlikdə məşqlərə qoşulacağını söyləyib: “Bu gündən kollektivə qoşulacam. Çatışmazlıqları aradan qaldırmaq üçün məşqlərdə əlimdən gələni edəcəm. İnşallah, hər şey yaxşı olar, növbəti turda “Qarabağ”ın formasını geyinərəm”.

 

“Qarabağ” Topaz Premyer Liqasının XXI turunda “Kəpəz”in qonağı olacaq. Yığmamızın üzvü Gəncə səfərinin çətin keçəcəyini bildirib: “Düzdü, orda stadionun durumu o qədər də yaxşı deyil. Ancaq bizim işimiz başımızı aşağı salıb oyunumuzu göstərməkdi. “Kəpəz” çempionatın iddialı komandalarından biridi. Üçüncü dövrəyə də uğurlu start götürüb. Bizi Gəncədə gərgin mübarizə gözləyir. Ümid edirəm ki, mən də bu matçda iştirak edərəm və komandama köməyim dəyər”.

 

Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” oyunu fevralın 14-də keçiriləcək.

 

NÖVBƏTİ OYUN

Bluebirds — Eagles

Tofiq Bəhramov
Premyer Liqa

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *