“Qarabağ”ın yeni transferi bu gün gəlir

“Anartosis”in hücumçusu Dino Ndlov “Qarabağ”la danışıqları yekunlaşdırmaq üçün bu gün Bakıya gəlir.

Qol.az-ın xəbərinə görə, bu haqda goal.com-a açıqlamasında futbolçu özü məlumat verib.O bildirib ki, Kipr klubunun rəhbərliyinə bu haqda məlumat verib.

“Tibbi baxışdan keçmək üçün Azərbaycana gedirəm” – deyə 26 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, futbolçu tibbi baxışdan uğurla keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *