“Qarabağ”ın yeni transferi artıq Bakıda! (FOTO)

«Qarabağ”ın hollandiyalı yeni taransferi Raydell Pupon Bakıya gəlib. Futbol11.az-a daxil olan məlumata görə, futbolçu bu gün paytaxtımıza təşrif buyurub. O, yeni klubu ilə yaxın günlərdə müqavilə imzalayacaq.
Qeyd edək ki, «Ayaks”ın yetirməsi olan Pupon avqustun 28-də 28 yaşını qeyd edəcək. O, ölkəsində «Ayaks”dan başqa, «Villem II”, Rotterdam «Sparta”sı, «De Qrafsxap”, «ADO Den Haaq” və «NAK Breda” klublarının şərəfini qoruyub. Raydell ötən mövsüm Fransa Liqa-2 təmsilçisi «Valansyen” də ilk dəfə legioner həyatı yaşayıb. O, ötən mövsüm 35 oyunda 7 qol vurub.

Raydell Pupon Fcgarabagh

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *