“Qarabağ”ın sabiq oyunçusu idman direktoru oldu

“Qarabağ”ın sabiq oyunçusu Admir Teli faəliyyətini futbol rəsmisi kimi davam etdirəcək.

Qol.Az xəbər verir ki, o, vətəni Albaniyanın “Vlajniya” klubunda Müşahidə Şurasının üzvlüyünə və idman direktoru vəzifəsinə gətirilib. Məlumatı Albaniya mətbuatı yayıb.

Qeyd edək ki, Teli 2000-2008-ci illərdə futbolçu kimi məhz “Vlajniya”da oynayıb. 2008/09 mövsümünü Türkiyədə “Hacettepe” klubunda keçirən təcrübəli müdafiəçi 2009-cu ildən 2015-ci ilə qədər “Qarabağ”da oynayıb və bir neçə il komandasının liderlərindən olub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *