«Qarabağ»ın sabiq futbolçusu AZAL-da

Yay transfer dönəmində «Qarabağ»dan «Zirə»yə keçən Hacı Əhmədov paytaxt təmsilçisində  də özünü göstərə bilmədi. Sport7.az xəbər verir ki, nadir hallarda forma şansı qazanan yarımmüdafiəçi şansını Bakının digər klubunda sınamaq qərarına gəlib.

Yarımmüdafiəçi AZAL-a keçib. Əldə etdiyimiz məlumata görə, «Şərurspor»la oyunda debüt edən Əhmədov mövsümün sonuna qədər «təyyarəçilər»də çıxış edəcək. Onun sonradan müqaviləsinin artırılması istisna deyil.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi yeni klubunda 34 nömrəli forma ilə çıxış edəcək.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *