“Qarabağ”ın səfər sınağı

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.

 

Bu, ağdamlıların cari mövsüm ilk Avroliqa sınağı olacaq. Çempionlar Liqası ilə məğlubiyyətsiz vidalaşan Qurban Qurbanovun yetirmələri son iki mövsümdə olduğu kimi yenə mübarizəni daha zəif turnirdə davam etdirəcək.

 

İsveçin “Qöteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. “Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq.

 

Qurban Qurbanovun yetirmələri gələn həftə Bakıda keçiriləcək qarşılaşmada azarkeşlərini sevindirmək üçün şimal səfərindən qolla və məğlubiyyətsiz dönməlidi. Bunu bacaracağı halda, Ağdam klubu ardıcıl 3-cü dəfə qrupda oynamaq şanslarını xeyli artıracaq.

 

Avropa Liqası

Pley-off, ilk oyun

18 avqust

 

21:00. “Qöteborq” (İsveç) — “Qarabağ”

Baş hakim: Pavel Raçkovski

Baş hakimin köməkçiləri: Radoslav Sneyka, Mihal Obukoviç

Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)

Hakim-inspektor: Bosko Yovanetiiç (Serbiya)

UEFA nümayəndəsi: Trevor Lloyd Hyuz (Uels)

Qöteborq. “Qamla Ullevi” stadionu

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *