«Qarabağ»ın rəqibini yaxından tanıyaq

«Qarabağ» Çempionlar Liqasının III təsnifat mərhələsində son Çexiya çempionu «Viktoriya» (Plzen) klubu ilə qarşılaşacaq.

«Viktoriya» 1911-ci ildə Çexiyanın Plzen şəhərində yaradılmış futbol klubudur. Bir neçə dəfə adını dəyişdirən klub son olaraq 1993-cü ildən hazırki adını daşıyır. Komanda Ev oyunlarını 11 min 722 tamaşaçı tutumu olan “Dusan Arena”da keçirir.

Plzen təmsiçisi 4 dəfə ölkə çempionu olmağı bacarıb (2010-11, 2012-13, 2014-15 ve 2015-16). İki dəfə Çexiya kubokunuqazanan  (1970/71, 2009/10) «Viktoriya», iki dəfə də Super Kuboku (2010-11 ve 2015-16) başı üzərinə qaldırıb.

Çexiya klubu tarixi ərzində təsnifat mərhələsi də daxil olmaqla Çempionlar Liqasında 26 matçda 15 qələbə, 2 heç-heçə, 9 məğlubiyyət görüb. Avropa Liqasında isə meydana çıxdığı 34 qarşılaşmada 16 dəfə qələbə sevinci yaşayan çexlər, 7 matçdan sülhlə ayrılıb, 11 dəfə də meydanı məğlub tərk ediblər.

«Viktoriya» 20111/12-ci il mövsümündə tarixində ilk də ÇL-nın qrup mərhələsinə vəsiqə qazanmağı bacarıb. «Barselona» və «Milan»dan sonra qrupda 3-cü yeri tutan komanda mübarizəni Avropa Liqasında davam etdirib. Burada «Şalke»yə məğlub olan «göy-qırmızılar» çıxışını dayandırıb. 2012/13-cü il mövsümündə Avropa Liqasının qrupunda mübarizə aparan Plzen təmsilçisi «Atletiko» (İspaniya), «Akademika» (Portuqaliya) və «Hapoel»lə (İsrail) mübarizə aparıb. «Viktoriya» 1/16 finala vəsiqə qazana bilib və bu mərhələdə İtaliya “Napoli”sini mübarizədən kənarlaşdırıb. (3:0, 2:0) Çexiya təmsilçisi 1/8 finalda isə «Fənərbaxça» (Türkiyə) səddinə ilişib. (1:1, 0:1)

2013/2014 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak etmək hüququ əldə edən «Viktoriya» «Mançester Siti», ÇSKA  və «Bavariya» kimi klublarla qarşılaşmalı olub. Qrupda 3 xal toplayan və mübarizəni Avroliqada davam etdirmək imkanı qazananan «Viktoriya» əvvəlcə Ukrayna «Şaxtyor»unu mübarizədən kənarlaşdırsa da, daha sonra «Lion» səddində ilişib.

2014/2015 mövsümündə Avroliqada iştirak edən «Viktoriya» mübarizəyə III təsnifat mərhələsindən qoşulub. Bu mərhələdə rəqibimiz Rumıniya «Petrolul»una «ilişib». (1:1, 1:4).

Ötən mövsümü isə «Viktoriya» Çempionlar Liqasının III təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə bacarmayıb (2:1, 0:2). Plzen təmsilçisi Avroliqanın pley-off mərhələsində isə Serbiyanın «Voyvodina» klubunu mübarizədən kənarlaşdırıb (3:0, 2:0). AL-in qrup mərhələsinə vəsiqə qazanan Çexiya təmsilçisi «Dinamo” (Belarus), «Vilyarreal» (İspaniya) və «Rapid» (Avstriya) klubları ilə mübarizə aparıb, lakin növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Komandaya 2011-ci ildən  yerli mütəxəssis olan Roman Pivarnik rəhbərlik edir. Maraqlıdı ki, «Viktoriya»nın heyətində cəmi 2 ölkədən olan futbolçular çıxış edir. Komandanın əsasını çexiyalılar təşkil edir. Onlarla yanaşı, «Viktoriya»da 5 slovakiyalı legioner var. (Matuş Kozaçik, Patrik Hroşovski, Yakub Hromada, Mixal Duriş və Marek Bakoş).

Xatırladaq ki, «Qarabağ»ın «Viktoriya» ilə ilk oyunu 26 iyulda səfərdə, cavab matçı isə 1 həftə sonra Respublika stadionunda baş tutacaq.

İdmanxeber.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *