Qarabağın rəqibini daha yaxından tanıyaq

Azərbaycan çempionu “Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Qöteborq” komandası ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Qöteborq” İsveçin eyni adlı şəhərini təmsil edir.

Klub 1904-cü ildə yaradılıb. Komandanın rəngləri mavi və ağdır. “Qöteborq” ev oyunlarını 18 416 nəfərlik “Qamla Ullevi” stadionunda keçirir.

“Qöteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Rəqib 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi adını qazanıb. Ötən mövsümü ikinci pillədə başa vuran komanda bu mövsüm 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

«Qöteborq» Avropa Liqasının ilk təsnifat mərhələsində Uels təmsilçisi «Llandudno»nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın «Piast» klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. Üçüncü mərhələdə öz meydanında Finlandiyanın «Helsinki» klubuna 1:2 hesabıyla məğlub olan isveçlilər səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.

Komandanın hazırkı heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər