«Qarabağ»ın rəqibində ciddi itki

Avropa Liqasının pley-off mərhələsində sabah «Qarabağ»la qarşılaşacaq İsveçin «Qöteborq» klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın İsveç mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvlərindən olan Soren Rieks bugünkü məşq zamanı zədələnib.

Danimarkalı yarımmüdafiəçi dizindən xəsarət alıb.Onun «Qarabağ»la oyunu buraxma ehtimalı böyükdür.

Qeyd edək ki, sabah İsveçdə keçiriləcək «Qöteborq» — «Qarabağ» oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *