«Qarabağ»ın rəqibi dəyişdi (CƏDVƏL)

Antalyada təlim-məşq toplanışında olan «Qarabağ»ın yoxlama görüşü keçirəcəyi rəqiblərindən biri dəyişib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi yanvarın 16-da Təbrizin «Traktor Sazi» klubu ilə qarşılaşmalı idi.

Lakin Qurban Qurbanovun komandası həmin gün «Traktor Sazi» ilə yox, Almaniyanın regional liqa təmsilçisi «Rot-Vays» klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

«Qarabağ»ın digər yoxlama oyunlarının da vaxtı müəyyələşib.

20 yanvar

17:30. «Diosqior» (Macarıstan)


23 yanvar

17:30. «Admira Vaker» (Avstriya)


23 yanvar

19:30.  «Yaqelloniya» (Polşa)

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *