“Qarabağ”ın rəqibi Bakı proqramını açıqladı

Avroliqanın pley-pff mərhələsində “Qarabağ”la qarşılaşacaq “Göteborq” Bakıya səfər proqramını açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İsveç komandası Azərbaycana matçdan bir gün öncə, avqustun 24-ü gələcək. Həmin gün Bakı vaxtı ilə saat 20.00-da komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Avqustun 25-i, saat 20.30-da isə “Qarabağ”la “Göteborq” arasında Avroliqanın təkrar oyunu başlayacaq.

Xatırladaq ki, bu komandaların ilə görüşündə Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *