«Qarabağ»ın rəqibi Azərbaycanı “qara siyahı”ya saldı

Çempionlar Liqasının III təsnifat mərhələsində «Qarabağ” – «F91 Düdelanj” cütünün rəqibi olacaq «Viktoriya” Plzen klubu Azərbaycanı «qara siyahı”ya salıb.
Sport7.az xəbər verir ki, püşkatma mərasimindən sonra azərbaycanlı azarkeşlər Çexiya klubunun rəsmi «facebook” səhifəsinə hücum ediblər. Azarkeşlər «Viktoriya Plzen” və çexiyalı azarkeşləri ağır şəkildə təhqir ediblər. Buna görə də, «Viktoriya”  Plzen rəsmi səhifəyə Azərbaycandan girişi qadağan edib.
Xatırladaq ki, ötən il də azərbaycanlı azarkeşlər «Seltik” klubunu da təhqir etdikləri üçün «qara siyahı”ya salınmışdı. Şotlandiya klubunun rəsmi «facebook” səhifəsinə hazırda Azərbaycandan giriş qadağandır.
Əlavə edək ki, UEFA Avropa Liqasının rəsmi səhifəsinə də 2 il idi ki, giriş mümkün deyildi. UEFA ötən gün bu məhdudiyyəti götürüb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *