“Qarabağ”ın rəqibi autsayderə uduzdu

İsveç çempionatında 17-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Avropa Liqasının pley-ff mərhələsində “Qarabağ”ın rəqibi olan “Höteborq”  da növbəti oyununa çıxıb.

Səfərdə autsayder “Dyurqardens”lə qarşılaşan komanda rəqibinə 1:3 hesabı ilə uduzub.


“Dyurqardens” – “Höteborq” – 3:1
Qollar:
Pettersson, 24 (0:1), Olunqa, 28 (1:1), Raneci, 30 (2:1)
Olunqa, 65 (3:1)

“Höteborq” bu nəticədən sonra  29 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” və “Höteborq” arasında ilk oyun avqustun 18-də İsveçdə, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *