«Qarabağ»ın rəqibi 23 futbolçu sifariş etdi

«Qarabağ»ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi «Viktoriya» klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlmata görə, son Çexiya çempionunun qarşıdakı oyunlar üçün siyahısında 23 futbolçu yer alıb.

Bu futbolçulardan 3-ü qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi və 4-ü isə hücumçudur.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 26-da Çexiyada, cavab qarşılaşması isə avqustun 2-də Bakıda keçiriləcək.

Qapıçılar: 1. Matus Kozaçik, 13. Petr Bolek, 33. Yakub Şiman

Müdafiəçilər: 2. Lukas Heyda, 3. Ales Mateju, 4. Roman Hübnik, 8. David Limberski, 14. Radim Reznik, 22. Yan Baranek, 27. Frantişek Rajtoral

Yarımmüdafiəçilər: 7. Tomas Horava, 10. Yan Kopik, 11. Milan Petrjela, 17. Partik Hrosovski, 19. Yan Kovarik, 24. Yan Suçan, 25. Yakub Hrmoda, 26. Daniel Kolar, 29. Tomas Kuçera

Hücumçular: 12. Mixal Duris, 15. Mixael Krmençik, 16. Yan Holenda, 23. Marek Bakoş.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *